Çin lideri İran Prezidentinin ölümü ilə əlaqədar başsağlığı verdi

20-05-2024, 13:14 121 dəfə baxılıb

 

Çin Xalq Respublikasının Sədri Si Cinpin İran Prezidenti Seyid İbrahim Rəisinin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib.

 "Azerinews.az" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Vam Venbin mayın 20-də nazirliyin ənənəvi mətbuat brifinqində bildirib.

 Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin mayın 19-da qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub. Hadisə ilə əlaqədar İranda 5 günlük matəm elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930