“İran hələ Rusiyadan kömək istəməyib”

20-05-2024, 15:04 138 dəfə baxılıb

 “İran rəhbərliyi Rusiyanı ölkə Prezidenti İbrahim Rəisinin dəfn mərasiminə dəvət etməyib”.

“Azerinews.az” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.

Onun sözlərinə görə, bu cür mərasimlərdə adətən xarici nümayəndələrin iştirakı nəzərdə tutulmur: “Buna görə də, bununla bağlı iranlı dostlarımızdan hər hansı məlumat almamışıq”.

Peskov, həmçinin qeyd edib ki, İran hələ ki İbrahim Rəisinin də içərisində olduğu helikopterin qəzaya uğramasının araşdırılmasına yardımla bağlı Rusiyaya müraciət etməyib. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 19-da İranın Moskvadakı səfiri Kazım Cəlali ilə görüş keçirib. Görüşdə, həmçinin Rusiyanın müdafiə naziri Andrey Belousov və fövqəladə halalr naziri Aleksandr Kurenkov, eləcə də Putinin müşaviri İqor Levitin iştirak edib. Peskov əlavə edib ki, Rusiya qəzaya uğrayan helikopterin axtarışları üçün İrana 2 helikopter göndərməyə hazır olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031