Müdafiə naziri: Rusiya İranın ərazi bütövlüyünə hörmət edəcəyinə söz verib

17-01-2024, 11:28 1 dəfə baxılıb


İran xalqının hüquqlarını pozan hər cür addımlara biz mütləq sərt reaksiya verəcəyik.

APA "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri general Məhəmməd Rza Aştiani hökumətin iclasından sonra deyib.

O, İranın istər Qərb, istərsə də Şərqdən gələn təhdidlərə reaksiya verəcəyini bildirib: “Bu reaksiya mütləq sərt və qəti olacaq. İran bütün ölkələrin, xüsusən də qonşularının hüquq və mənafelərinə və ərazi bütövlüyünə hörmət edir, lakin biz sərhədlərimizdə fitnə-fəsad törədənlərə mütləq məşğul olacağıq".

Müdafiə naziri onu da qeyd edib ki, Rusiya İranın təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəyinə söz verib: "Mənim Rusiyanın müdafiə naziri ilə telefon danışığım oldu və o, bunu təsdiqlədi. Qərara alınıb ki, Xarici İşlər nazirlikləri imzalayacaqları anlaşma memorandumunda Rusiyanın bizim təhlükəsizliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüzlə bağlı məsələlərə tam riayət edilməsi mütləq nəzərə alsın”.

Qeyd edək ki, İran son günlər İraqın şimalına və Pakistana raket zərbələri endirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930