Putin Özbəkistana dövlət səfərinə gedəcək

21-05-2024, 14:14 89 dəfə baxılıb

 Rusiya prezidenti Vladimir Putin ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki ki, telefon danışığı zamanı Putinin Özbəkistana qarşıdan gələn dövlət səfərinə hazırlığın gedişatı müzakirə edilib. Bu kontekstdə ikitərəfli əməkdaşlığın, o cümlədən ticarət-iqtisadi sahədə gələcək inkişafının bir sıra praktiki məsələlərinə toxunulub.

"Putin həmçinin Pekində Çin rəhbərliyi ilə aparılan danışıqlarla bağlı təəssüratlarını bölüşüb.

Hər iki tərəf Rusiya və Özbəkistan arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini daha da ardıcıl şəkildə gücləndirmək istəyini təsdiqləyib", deyə Kremlin məlumatında qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031