Ermənistanda kilsələr vergiyə cəlb oluna bilər

21-05-2024, 16:47 117 dəfə baxılıb

 

Ermənistan parlamenti yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergi sahəsinə daxil edilməsi məsələsini müzakirə etməyi təklif edir.

 "Azerinews.az" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu fikri parlamentin spikeri Alen Simonyan səsləndirib.

 “Duyğularımızla, tariximizlə oynamağı dayandırın, artıq siyasətlə məşğul olub, diasporadan pul yığıb, şam, koka-kola, şərab satıb, restoranlarda olub, vergi ödəməyib... Başa düşmək istəyirəm ki, əli öpən din xadimi nə üçün vergi ödəyən, orduya sursat alan sadə iş adamından üstün olmalıdır.

 Mənim üçün böyük vergi ödəyiciləri ən vacib insanlardır. Onlar Ermənistanın təhlükəsizliyini maliyyələşdirir”, - o, parlamentin tribunasından bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031