Rusiyada koronavirusun yeni ştamına yoluxma aşkarlandı

22-05-2024, 12:21 122 dəfə baxılıb

 

Rusiyada koronavirusun yeni “FliRT” ştamına yoluxma qeydə alınıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) yayıb.

Məlumata görə, monitorinq dövrü ərzində sözügedən ştama 178 yoluxma aşkarlanıb. 

Qurum yeni ştamların əvvəlki digər növlərlə müqayisədə böyük təhlükə daşımadığını vurğulayıb. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, artıq 14 Avropa ölkəsində, eləcə də İsraildə “FliRT” ştamına yoluxma qeydə alınıb. Koronavirusun bu variantının əlamətləri arasında qızdırma, öskürək, burun tıxanıqlığı və yaxud axması, boğaz ağrısı, dad və qoxu itkisi var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930