İsveç ordusunun Baş komandanı Putinin növbəti hədəfini açıqlayıb

22-05-2024, 22:30 44 dəfə baxılıb

 

“Rusiya Prezidenti Vladimir Putinin növbəti hədəfi Baltik dənizindəki Qotland adası olacaq”.

"Azerinews.az"  “RND” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bunu İsveç Silahlı Qüvvələrinin Baş komandanı, general-mayor Mikael Büden bildirib.

O deyib ki, hüquqi cəhətdən İsveçin ərazisinə aid olan Qotland Rusiyanın hədəfinə Baltik dənizinə nəzarət imkanı verdiyi üçün düşüb: “Rusiya Qotlandı nəzarətə götürsə, ilk növbədə digər ölkələrə aid gəmilərin Baltik dənizinə çıxış imkanlarını məhdudlaşdıracaq. Vladimir Putin isə digər ölkələri təhdid etmək fürsətini əldən verməyəcək. Ada İsveçin ərazisinə aid olduğu üçün buna imkan verə bilmərik. Vaxtilə həmin ərazidə hərbi iştirakımızı məhdudlaşdırmamız yanlış addım idi. Lakin indi sülh dövrü geridə qalıb, yəni Ukraynada başlayan müharibə vəziyyəti dəyişib. Rusiyanın adada möhkəmlənməsi NATO ölkələri üçün də təhdid olmaqla yanaşı, regionda sülh və sabitliyin sonu deməkdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930