Antoni Blinken: "ABŞ Gürcüstana qarşı tədbir görə bilər"

23-05-2024, 18:30 120 dəfə baxılıb

"Gürcüstan parlamentinin qəbul etdiyi "Xarici agentlər haqqında" Qanuna cavab olaraq ABŞ Tbilisiyə qarşı addımlar planlaşdırır".

Bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

"Biz cavab olaraq hansı addımların atıla biləcəyini nəzərdən keçiririk. Düşünürəm ki, bir tədbir görəcəyik", - deyə Blinken Senatdakı dinləmələrdə söyləyib.

Qeyd edək ki, mayın 13-də Gürcüstan parlamentinin Hüquq Komitəsi "Xarici təsirin şəffaflığı haqqında" (daha çox "Xarici agentlər haqqında" kimi tanınan) Qanunu üçüncü oxunuşda qəbul edib. Mayın 18-də isə Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi bu qanun layihəsinə veto qoyub. O əlavə edib ki, bu qanun ləğv edilməlidir.

Xatırladaq ki, gürcü müxalifətinin "Rusiya qanunu" adlandırdığı "Xarici agentlər haqqında" Qanunun müzakirəsi Tbilisidə qanun layihəsinin təsdiqinə qarşı hər gün etiraz aksiyalarının keçirilməsinə, etirazçılarla polis arasında toqquşmalara səbəb olmuşdu.

Mənbə: kp.ru

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930