İsrail İspaniyanın Yerusəlimdəki konsulluğunun fəaliyyətini məhdudlaşdırır

24-05-2024, 22:00 91 dəfə baxılıb

 

İsrail İspaniyanın Yerusəlimdəki konsulluğunun fəaliyyətinə məhdudiyyətlər tətbiq edəcək.

"Azerinews.az"  xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz "X" hesabında bildirib.

İsrail XİN rəhbəri bunun İspaniyanın Fələstinin dövlət kimi tanıması qərarına cavab olaraq atıldığını deyib: "İspaniyanın Fələstin dövlətini tanımasına və İspaniya baş nazirinin müavininin təkcə Fələstin dövlətini tanımaq deyil, həm də “Fələstini çaydan dənizə qədər azad etmək”lə bağlı antisemit çağırışına cavab olaraq, İspaniyanın İsraildəki nümayəndəliyi ilə fələstinlilər arasındakı əlaqəni kəsmək və Yerusəlimdəki İspaniya konsulluğuna İordan çayının qərb sahilindən fələstinlilərə xidmət göstərməsini qadağan etmək qərarı verdim. Əgər bu etinasız, nifrətlə dolu insan radikal İslamın həqiqətən nə axtardığını başa düşmək istəyirsə, o, Əl-Əndəlusda - bugünkü İspaniyada 700 illik İslam hakimiyyətini öyrənməlidir", - nazir paylaşımında deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930