İsrail tezliklə İranın hücumuna cavab verəcək - KİV

15-04-2024, 11:02 103 dəfə baxılıb

 

İsrail yaxın zamanlarda İranın ölkənin hərbi obyektlərinə zərbəsinə cavab verə bilər.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The Wall Street Journal” yayıb. 

Bununla belə, cavab tədbirlərinin həyata keçirilə biləcəyi dəqiq tarix qeyd olunmayıb. Qəzetin mənbələrinin sözlərinə görə, ABŞ İsrailin bu cür hücum əməliyyatlarının heç birində iştirak etməyəcək: “Vaşinqton İsrailin vəziyyətin gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməsinə təkid edir”.

Qəzet xatırladır ki, aprelin 14-də İsraildə nazirlərin hərbi kabinetinin iclasından sonra ölkənin rəsmi şəxsləri heç bir açıqlama verməyib. Lakin müzakirələr barədə məlumata sahib vəzifəli şəxslər İsrailin İranın hücumuna cavab verəcəyini təsdiq ediblər. 

Qeyd edək ki, İran aprelin 13-dən 14-nə keçən gecə pilotsuz uçuş aparatları və raketlərlə İsrail ərazisinə zərbələr endirib. “New York Times”ın yaydığı məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında danışıqdan sonra Tel-Əviv İrana cavab verməkdən imtina edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930