“Allahın influenseri”nin adı müqəddəsləşdiriləcək

25-05-2024, 04:00 12 dəfə baxılıb

 

Londonda doğulan və 2006-cı ildə 15 yaşında dünyasını dəyişən Karlo Akutis adlı gəncin adı kilsə müqəddəsləri sırasına daxil ediləcək.

“Azerinews.az” “BBC”yə istinadən xəbər verir ki, Roma Papası Fransisk bununla bağlı qərarı təsdiqləyib.

Bildirilir ki, “Allahın influenseri” adlandırılan gənc həyatda olarkən internetdə katolik dini inancını təbliğ etməklə məşhurlaşıb. 

Məlumata görə, Karlo Akutis adı müqəddəsləşdirilən ilk millenial (1980-ci illərin əvvəlindən 1990-cı illərin sonuna qədər doğulan şəxs) olacaq. 

Prosesin nə zaman baş tutacağı açıqlanmayıb. 

Qeyd edək ki, K.Akutis 2006-cı ildə İtaliyada leykoz xəstəliyindən dünyasını dəyişib. Ona “Allahın influenseri” adı sağ olarkən göstərdiyi fəaliyyətlərinə görə ölümündən sonra verilib. Onun dinlə bağlı yaratdığı sayt bir neçə dilə tərcümə edilib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031