Yəməndəki husilər İrandan heç bir əmr almır

17-01-2024, 16:28 3 dəfə baxılıb

 

“Yəməndəki husilər İrandan heç bir əmr almır”.

“azerinews.az” xəbər verir ki, bunu “CNBC”yə müsahibəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. 

Onun sözlərinə görə, fələstinliləri müdafiə edən Yəmən və digər region ölkələrinin xalqları Tehranın göstərişləri ilə deyil, öz təcrübə və maraqlarına uyğun hərəkət edirlər. 

Abdullahian əlavə edib ki, İran ABŞ-nin Qəzza zolağındakı müharibəni dayandırmasını istəyir və Amerikanın İsrailə dəstəyi regionda qeyri-sabitliyin kökünü təşkil edir. 

Xatırladaq ki, yanvarın 12-si ABŞ və Böyük Britaniya Yəmənin “Ənsar Allah” (husilər) hərəkatına qarşı əməliyyata başlayıb. ABŞ Hərbi Hava Qüvvələri əməliyyat zamanı husilərin 16 obyektində 60-dan çox hədəfinə zərbələr endirib. Pentaqonun açıqlamasına görə, hücumların məqsədi husilərin gəmiçilik və beynəlxalq ticarətə təhdidlərinin azaldılmasıdır.

Bundan əvvəl isə Yəmənin şimalında hökmranlıq edən hərəkat İsrailə aidiyyəti olan və yaxud sözügedən ölkənin limanlarına gedən gəmilərə hücum etmək niyyətində olduğunu bəyan edib. Bununla yanaşı, husilər digər ölkələri həmin gəmilərdən öz ekipajlarını geri çağırmağı və yaxud Qırmızı dənizdə bu gəmilərə yaxınlaşmamağa çağırıb. ABŞ isə cavabında Qırmızı dənizdə digər ölkələrlə gəmiçiliyi qorumaq üçün əməliyyata başlayacağını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930