Çin alimləri 100% öldürücü olan “koronavirusun mutant ştammı”nı sınaqdan keçirirlər

17-01-2024, 16:51 7 dəfə baxılıb

 

Çin alimləri beyinə hücum edən və “insanlaşmış” siçanlar üzərində təcrübədən keçirdikləri 100% öldürücü olan “koronavirusun mutant ştammı”nı sınaqdan keçirirlər.

“Daily Mail” Pekin alimlərinin tədqiqatının dərc olunmamış ilkin nəşrinə istinadən iddia edir ki, çin ordusu ilə əlaqəli olan elm adamları panqolinlərdə tapılan və GX_P2V kimi tanınan COVID-ə bənzər virusu klonlaşdıraraq “insanlaşmış” siçanları yoluxdurublar. Nəticədə siçanların hamısı ölüb. Onlar bununla 100% öldürücü olan bir COVID ştammını yaratmış olublar.

Nəşr eyni zamanda bu tədqiqatın təhlükələri ilə bağlı bir neçə alimin fikrinə istinad etsə də, tədqiqata keçid vermir və araşdırmanı hələ dərc etmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031