Polşa Ukraynaya verdiyi silahlardan Rusiyadakı obyektlərə zərbə endirməyə icazə verib

30-05-2024, 00:00 49 dəfə baxılıb

 

Ukrayna verdiyimiz silahlardan Rusiyanın ərazisindəki istənilən obyektə zərbə endirə bilər.

"Azerinews.az" ın xəbərinə görə, bunu Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik “Radio Zet” radiostansiyasının efirində bildirib.

O deyib ki, təmsil etdiyi hökumət bu məsələdə hər hansı məhdudiyyət tətbiq etmək niyyətində deyil. Nazir ölkəsinin rəsmi Kiyevə növbəti hərbi dəstək paketinin anonsunu da verib:

“Biz hazırda Ukrayna tərəfinə 45-ci hərbi yardım paketini hazırlayırıq. Onun məbləği təqribən 5 milyard dollara yaxın olacaq”.

Qeyd edək ki, ötən gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell də Avrozona tərəfindən adı çəkilən ölkəyə göndərilən silah-sursatın Rusiya ərazisinə istiqamətləndirməyə icazə verildiyini bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031