Ağ Ev "Taliban"ın tanınması ilə bağlı qərarını açıqladı

30-05-2024, 01:00 29 dəfə baxılıb

 ABŞ "Taliban"ı Əfqanıstanın qanuni hökuməti kimi tanımağı planlaşdırmır.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O, Rusiya rəhbərliyinin "Taliban"la bağlı bəyanatını şərh edib.

"Biz "Taliban"ı Əfqanıstanın rəsmi rəhbərliyi kimi tanıya bilmərik və tanımayacağıq", - deyə Ağ Evin sözçüsü deyib.

O bu hərəkatın hakimiyyətə gəldikdən sonra götürdükləri öhdəliklərin heç birini yerinə yetirmədiyini vurğulayıb.

Kirbi, həmçinin Rusiyanın "Taliban"ı mümkün tanımasının başqalarına pis siqnal göndərəcəyini deyib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Prezident Vladimir Putinə "Taliban" hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat veriblər. Bildirilib ki, bu, hərəkatın tanınması üçün məcburi mərhələdir.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031