İsveçdən Ukraynaya 1.3 milyard dollarlıq YARDIM PAKETİ

29-05-2024, 20:00 91 dəfə baxılıb

 İsveç Ukraynaya 1.3 milyard dollar dəyərində ən böyük hərbi yardım paketini göndərəcək.

 "Azerinews.az" UNIAN-a istinadən xəbər verir ki, bununla bağlı hökumətin saytında verilən məlumatda deyilir.

 Məlumata görə, paketə uzaqmənzilli radar kəşfiyyat təyyarəsi, tırtıllı zirehli transportyorları, 155 mm-lik artilleriya sursatları və raketlər daxil olacaq.

 Sözügedən təyyarə 500 km-ə qədər hədəf aşkarlama radiusuna malikdir. Bu, təlim və texniki avadanlıqlarla təmin olunacaq.

 Ölkə hökuməti bunun “hava və dənizdəki hədəflərə qarşı tamamilə yeni radar kəşfiyyatı və döyüş nəzarəti qabiliyyətini” təmin edəcəyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031