İYİ Partiyada Müsavat Dervişoğlu KOMANDASI

30-05-2024, 19:00 91 dəfə baxılıb

 Türkiyədə sonuncu bələdiyyə seçkilərindəki məğlubiyyətdən sonra aprel ayında keçirilmiş növbədənkənar qurultayda İYİ Partiyanın sədri seçilmiş Müsavat Dervişoğlu rəhbərlikdə bir sıra kadr dəyişiklikləri həyata keçirib.

 "Azerinews.az" xəbər verir ki, yeni komandanın bəzi nümayəndələrinin kimliyi ilə bağlı məlumat partiyanın rəsmi X səhifəsində paylaşılıb.

 Belə ki, partiyanın parlament fraksiyasının sabiq sədr müavini Erhan Usta iqtisadi siyasət şöbəsinin rəhbəri təyin olunub. İYİ Partiya Mərkəzi İdarə Heyətinin keçmiş üzvü Ali Demir isə sədrin baş müşaviri vəzifəsinə gətirilib.

 Hazırda Mərkəzi İdarə Heyətinin üzvü olan Mehmet Aslan da Müsavat Dervişoğlunun baş müşavirlərindən biri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930