Bu şəxslərin maaşı artırılacaq

13-03-2024, 11:19 63 dəfə baxılıb

 Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır.

“Azerinews.az” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, həqiqi dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaşın 60 manatdan 200 manata, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaşın 54 manatdan 180 manata, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaşın 51 manatdan 160 manata, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaşın 48 manatdan 145 manata, baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaşın 45 manatdan 130 manata, vergi xidməti müşaviri (ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaşın 42 manatdan 115 manata, kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaşın 39 manatdan 100 manata, 1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaşın 36 manatdan 80 manata, 2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaşın 33 manatdan 65 manata, 3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaşın 30 manatdan 55 manata qaldırılması təklif edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930