Avropa Parlamentində növbəti rüşvət qalmaqalı yaşanır

30-05-2024, 12:27 120 dəfə baxılıb

 

Avropa Parlamentində növbəti rüşvət qalmaqalı yaşanır.

"Azerinews.az"  xəbər verir ki, Belçika polisi Avropa Parlamentinin ofisində “Russiagate” işi ilə bağlı axtarış aparır.

Avropa Parlamentinin deputatlarına Rusiya təbliğatının “Avropanın səsi” saytı vasitəsilə irəlilədilməsinə görə rüşvət verildiyi hesab edilir.

"Avropa Parlamentinin müvafiq əməkdaşının bunda mühüm rol oynadığına dair əlamətlər var”, - deyə Belçika hüquq-mühafizə orqanları bildirib.

Avropa Parlamentinin sözçüsü davam edən təhqiqatla bağlı şərh verməkdən imtina edib.

Parlamentin vitse-prezidenti, yunan deputat Eva Kayli və daha 3 nəfərin Qətərdən rüşvət almaları faktı da 2022-ci ildə məlum olmuşdu.

Xatırladaq ki, Avropa parlamentində rüşvət və korrupsiya skandalları artıq adət halını alıb.

Bu qalmaqallarda erməni lobbisi, xüsusən Brüsseldə yaşayan erməni iş adamı Kaspar Karapetyanın aktiv rol oynadığı məlumdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031