Putin Vyetnama səfər edəcək

30-05-2024, 12:38 130 dəfə baxılıb

 

Hazırda Rusiya Prezidenti Vladimir Putinin Vyetnam və Şimali Koreyaya səfərinə hazırlıq işləri aparılır.

“Azerinews.az” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlayıb. 

Kremlin rəsmi sözçüsü Dmitri Peskov isə öz növbəsində Putinin Vyetnama səfərinə hazırlıq getməsini təsdiqləyib. Rusiya liderinin Şimali Koreyaya mümkün səfəri ilə bağlı isə daha əvvəl məlumat yayılmışdı. Bununla belə, səfərlərin dəqiq tarixi açıqlanmayıb. 

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sentyabrında Rusiyaya səfər edib və V.Putini ölkəsinə səfərə dəvət edib. Rusiya lideri dəvəti qəbul edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031