KTMT-nin iclası keçirilir, Ermənistan iştirak etmir - Video

31-05-2024, 10:58 132 dəfə baxılıb

Qazaxıstanın Almatı şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası keçirilir.

“Azerinews.az” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, iclasda Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan və Tacikistanın müdafiə nazirləri iştirak edir.

KTMT Katibliyinin nümayəndəsi Yuriy Şuvalov Ermənistanın iclasda iştirak etmədiyini açıqlayıb: “Lakin Ermənistan tərəfi məhdud formatda qərarların qəbul edilməsinə etiraz etmədiyi barədə bizi məlumatlandırıb”. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan cari ilin fevralında İrəvanın KTMT-də iştirakını dondurduğunu açıqlayıb. Mart ayında isə Paşinyan bildirib ki, Ermənistan İrəvan tərəfindən ölkənin suveren əraziləri barədə qaldırılan məsələlərə təşkilat tərəfindən cavab almazsa KTMT-ni tərk edəcək. Bununla belə, Ermənistan bu açıqlamalardan daha əvvəl təşkilatın tədbirlərində iştirakını dayandırıb. 



 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930