Kremldən Paşinyanın KTMT ilə bağlı açıqlamasına - Reaksiya

23-02-2024, 14:02 6 dəfə baxılıb

 

“Ermənistan KTMT-də iştirakını dondurmaqla bağlı rəsmi bildiriş göndərməyib”.

“Azerinews.az” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.  

Onun sözlərinə görə, Ermənistan sözügedən məsələ ilə bağlı hər hansı rəsmi addım atmayıb. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində Ermənistanın KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) iştirakını dondurduğunu bildirib. KTMT Katibliyi N. Paşinyanın bu açıqlamasına münasibət bildirib və ölkənin təşkilatda iştirakını dondurması barədə İrəvandan heç bir məlumat daxil olmadığını vurğulayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031