Ermənistanda kilsə əmlakı vergiyə cəlb olunacaq - Qanun layihəsi

31-05-2024, 23:30 48 dəfə baxılıb

 

Ermənistanda hakim Mülki Müqavilə Partiyasının deputatları kilsə əmlakının vergiyə cəlb edilməsi haqqında qanun layihəsi hazırlayır.

 "Azerinews.az" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu iqtidarı təmsil edən deputat Tsovinar Vardanyan parlamentdə deyib.

 "Hələ hazır sənədlər yoxdur, lakin bu istiqamətdə iş artıq aparılır", - o bildirib.

 "Kilsə vergilərə tabedir, ancaq təhlükənin nə olduğunu anlamaq lazımdır", - deputat söyləyib.

 Qeyd olunub ki, kilsə işçiləri gəlir vergisi ödəyə bilər və bu, yaxşıdır, amma deputatlar indi kilsənin idarə etdiyi minlərlə əmlakı - pərakəndə, ictimai, sənaye sahələri, yaşayış binalarını araşdırırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930