Qalibaf da prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçdi

3-06-2024, 16:43 126 dəfə baxılıb

 

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ölkədə növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.

“Azerinews.az” “Mehr” agentliyinə istinadən xəbər verir ki, Qalibaf qeydiyyatın son günündə İran Daxili İşlər Nazirliyinə gələrək namizəd olaraq qeydiyyata düşüb.

Xatırladaq ki, İranda növbədənkənar prezident seçkilərinə namizədlərin qeydiyyatı mayın 30-da başlayıb və bu gün başa çatır. Namizədlərin yekun siyahısı isə iyunun 11-i açıqlanacaq. Seçkiqabağı kampaniya iyunun 12-dən 26-na qədər keçiriləcək. Seçki isə iyunun 28-i təşkil ediləcək. Ehtiyac olarsa, seçkilərin ikinci turu iyulun 5-i baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031