İranda növbədənkənar prezident seçkiləri üçün qeydiyyat başlayıb

30-05-2024, 15:43 130 dəfə baxılıb

 

İranda növbədənkənar prezident seçkiləri üçün qeydiyyat başlayıb, ilk 2 saat ərzində 30 namizəd qeydiyyat üçün müraciət edib.

"Azerinews.az" xəbər verir ki, Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra İranda gələn ay keçiriləcək növbədənkənar seçkilər üçün namizədlərin qeydiyyatına başlanılıb.

Beş günlük qeydiyyat müddətindən sonra seçkilərə və qanunvericiliyə nəzarət edən Keşikçilər Şurası prezidentliyə iddialı namizədləri yoxlayacaq.

Yoxlama prosesi 7 gün davam edəcək və sonra uyğun namizədlərin seçki kampaniyası üçün təxminən iki həftə vaxtı olacaq. Keşikçilər Şurası uyğun namizədlərin siyahısını iyunun 11-də dərc edəcək.

Ölkənin seçki qərargahının sözçüsü Möhsün Eslami səhər saat 10:00 radələrində 30 namizədin qeydiyyatdan keçmək üçün ölkənin seçki qərargahına gəldiyini, lakin onların lazımi şərtlərə cavab vermədiklərini açıqlayıb.

Bafeğ xalqının parlamentdəki nümayəndəsi Məhəmmədrza Sabaqian prezident seçkilərində qeydiyyatdan keçib.


Daha sonra İslam Şurasının keçmiş nümayəndəsi, Demokrat Partiyasının Baş katibi Mustafa Kavakbian və İsfahan xalqının parlamentdəki nümayəndəsi Abbas Müqtədai seçkilərdə namizəd olmaq üçün bu gün qeydiyyatdan keçib.

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması səbəbindən keçirilən erkən seçkilərdə yerli mediada bir sıra namizədlərin adları hallanır.

Namizədlər siyahısına Xamenei ilə əlaqəli investisiya fonduna rəhbərlik edən keçmiş Mühafizəçi Pərviz Fəttah və 2001-ci ildə Xameneinin ofisini dörd il idarə etmiş keçmiş baş nüvə danışıqçısı Səid Cəlilinin də adı hallanır.

Prezident vəzifələrini icra edən Məhəmməd Möxbər, keçmiş parlament sədri və Xameneinin müşaviri Əli Laricani də İran mediasında mümkün namizədlər kimi qeyd edilir. Laricaninin 2021-ci il prezident seçkilərində iştirakına qadağa qoyulmuşdu.

Siyahıda parlament sədri Məhəmməd Bağer Qalibaf, yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş, Tehran meri Əlirza Zəkani, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin də adları var.

Seçkilərin təkcə gələcək hökumətin taleyinə deyil, həm də bütövlükdə 46 yaşlı İslam Respublikasının gələcəyinə təsir edəcəyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930