Fəqan Ağayev formal icraçı deyil, təşəbbüskar, yaradıcı əsl rəhbərdir

14-11-2024, 13:01 717 dəfə baxılıb

 Hazırda ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük işlər aparılır , məzmunu və onun təşkili formaları yenilənir, kadr potensialını gücləndirməklə bağlı mühüm tədbirlər görülür.

Məhz bunun sübutudur ki, bu ilin aprel ayında qədim diyarımız Gəncə şəhərində yeni təhsil müəssisəsi Gəncə Dövlət Aqrar Kolleci fəaliyyətə başladı.

Azərbaycan Dövlət Aqrar Universiteti  (ADAU) Publik  Şəxsin nəznində  fəaliyyətə başlayan Gəncə Dövlət Aqrar  Kollecinə rəhbər ali təhsil müəssisəsinin əməkdaşı Fəqan Ağayev təyinat alıb.

Fəqan Ağayev kollecdə təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin daha çevik və səmərəli qurulması, insan resurslarının inkişaf etdirilməsi, maddi- texniki bazanın gücləndirilməsi üçün həyata keçiriləcək islahatlar, çoxsaylı layihələri qarşıya məqsəd qoyub.

Fəqan müəllimin Gəncə Dövlət Aqrar Kollecinə gətirdiyi mütərəqqi yeniliklər nəticəsində kollecin müsbət imici formalaşacağına, ölkənin ən nüfuzlu təhsil ocaqlarından birinə çevriləcəyinə inanırıq.

Təhsil müəssəsində təhsilin keyfiyyəti, müəssisənin uğurlu fəaliyyəti sözsüz ki, onun rəhbərindən-idarəedici şəxsdən də asılıdır. Təşkilatçılıq bacarığı , savadli və peşəkar pedaqoji kollektivin formalaşdırılması, rəhbərin üzərinə düşən ən mühüm missiyadır.

Fəqan Ağayev dərin elmi-nəzəri biliyə , geniş eridusiyaya, yüksək mənəvi keyfiyyətlərə malikdir. O, gəncləri sevir,  hər birinə özəl və qayğı ilə yanaşmağı, onları kəşf etməyi, Azərbaycan elminə öz töhfələrini qatmağı özünə hədəf seçib.

F. Ağayev formal icraçı deyil, təşəbbüskar, yaradıcı əsl rəhbərdir. O, formalizmə, nöqsanlara və səhvlərə qarşı amansızdır.
Direktor imicindəki ən böyük nöqsan qabalıq, kobudluq Fəqan Ağayev şəxsinə yaddır.

O, səlahiyyətli rəhbər, təlim-təhsil prosesinin baş təşkilatçısıdır. Fəqan müəllimin biliyi, təşkilatçılıq qabiliyyəti və enerjisi,  tələbələrlə iş prinsipi təhsilin effektivliyinin yüksəldilməsinə yönəlib.

Millətin tərəqqisinin başlıca amili elmdir.
Təhsil müəssisələri milli və ümumbəşəri dəyərləri mənimsəyən fərdlərin yetişdirilməsində məsuliyyət daşıyır.

Yeni yaradılmış Gəncə Dövlət Aqrar Kolleci ümumbəşəri dəyərləri mənimsəyən fərdlərin yetişdirilməsi istiqamətində ilk addımlarını atır. İnanırıq ki,  həm fiziki imkanları, həm təlim-təhsil keyfiyyəti, araşdırma təkmilləşdirmə infrastrukutu baxımından əhəmiyyətli bir nöqtəyə gələcəkdir.

Bu məsuliyyətli yolda, müqəddəs ideya və amallar uğrunda fəaliyyətə başlayan Fəqan müəllimə tükənməz enerji, səbr və güc arzusu ilə onu yeni-direktor vəzifəsinə seçilməsi münasibətilə təbrik edirik!

Yolunuz uzun və hamar olsun, Fəqan Ağayev!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930