Gürcüstanda qalmaqallı qanun qüvvəyə mindi

3-06-2024, 17:00 125 dəfə baxılıb

 

Bu gün Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini imzalayacaq.

“Azerinews.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, qanun imzalandıqdan dərhal sonra qüvvəyə minəcək. 

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur.

Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili bu qanuna veto qoyub. Mayın 28-də isə Gürcüstan parlamenti Zurabişvilinin qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib. Papuaşvili ötən həftə bu qanunu ölkə Prezidentinin əvəzinə özünün imzalayacağını açıqlamışdı.

***

Ş.Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” Qanunu imzalayıb.

İndi ölkənin Ədliyyə Nazirliyi və Milli Dövlət Reyestr Agentliyi 60 gün ərzində xarici maraqlara uyğun fəaliyyət göstərən təşkilatların siyahısını yaratmalıdır.

Reyestr işə salındıqdan sonra gəlirlərinin 20%-dən çoxunu digər dövlətlərdən alan bütün qeyri-hökumət təşkilatları və KİV-lər üçün orada qeydiyyat məcburi olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930