Mirziyoyev Türkiyəyə gedir

5-06-2024, 18:30 131 dəfə baxılıb

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 6-da Türkiyəyə rəsmi səfər edəcək.

“Azerinews.az” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Ankarada ölkə başçılarının rəhbərliyi ilə Strateji Əməkdaşlıq Şurasının üçüncü sessiyasının keçirilməsi planlaşdırılır.

Sammitin gündəliyinə Özbəkistan və Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi daxildir.

İlk növbədə ticarət həcminin artırılması, sənayenin “yaşıl” enerji, elektrotexnika, toxuculuq, əczaçılıq, kənd təsərrüfatı və digər sahələr üzrə praktiki əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Yüksəksəviyyəli danışıqların yekununda bir sıra ikitərəfli sənədlərin qəbulu planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031