Cənubi Koreyada zavodda yanğın olub, azı 20 nəfər ölüb

24-06-2024, 11:58 124 dəfə baxılıb

 

Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı Hvason şəhərində litium batareya zavodunda yanğın olub, ölənlər var.

"Azerinews.az" Yonhap agentliyinə istinadən xəbər verir ki, yanğın baş verən ərazidən 20-yə yaxın cəsəd tapılıb.

Yanğında itkin düşənlərdən 20 nəfərinin əcnəbi olduğu güman edilir.

Qeyd olunub ki, gündəlik tam və yarım-ştat işçilərin siyahısı bəlli olmadığı üçün ölü sayı dəyişə bilər.
Seuldan 45 kilometr cənubda yerləşən Hvasonda yerləşən litium batareya istehsalçısı "Aricell"in zavodunda yanğın yerli vaxtla səhər saat 10:30 radələrində başlayıb və yanğın saat 15:00-da tam nəzarət altına alınıb. Yanğınsöndürənlər alovun başlanmasından 4 saatdan çox vaxt keçdikdən sonra zavoda daxil olub və cəsədləri aşkar ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930