Gürcüstan Türkiyə və İrandan qarpız alır, Ermənistana satır

24-06-2024, 17:07 118 dəfə baxılıb

İlin ilk 5 ayında Gürcüstana 976 min dollar dəyərində 3078 ton qarpız tədarük edilib.

 "Azerinews.az"  xəbər verir ki, pul ifadəsində təklifin artımı ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% olub.

 Həcmdə artım isə 9,4% təşkil edib. Gürcüstana qarpızlar əsasən qış və yaz aylarında İrandan (551 min dollar) və Türkiyədən (402 min dollar) gətirilir.

 İndi Gürcüstanda qarpız yığımı mövsümi aktiv fazaya daxil olub və ölkənin özü də ixraca başlayıb. Artıq Ermənistana 9 min dollarlıq ilk 24 ton qarpız göndərilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031