Kadırovun anasına da sanksiya tətbiq edildi

24-06-2024, 17:22 128 dəfə baxılıb

 

Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiya paketi çərçivəsində Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırovaya qarşı sanksiyalar tətbiq edib.

“Azerinews.az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, o, ukraynalı uşaqların yenidən təhsil alması üçün “proqramın həyata keçirilməsi” və xüsusi əməliyyatda iştirak edən çeçen döyüşçülərin ailələrinə kömək etdiyi üçün sanksiya siyahısına salınıb.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiqləyib. Sanksiya paketində digər şeylərlə yanaşı, 116 fiziki və hüquqi şəxsə qarşı şəxsi sanksiyalar da yer alıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031