Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayıb

15-02-2024, 11:44 6 dəfə baxılıb

 

Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayıb. 

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “Financial Times” qəzeti yayıb. 

Məlumata görə, Macarıstan Aİ ölkələri səfirlərinin görüşündə Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin əleyhinə çıxış edən yeganə ölkə olub. 

Bildirilir ki, bu, baş verməsəydi, yeni sanksiyalar paketi təsdiq olunacaqdı. 

Bununla belə, Budapeştin etirazının Rusiyaya deyil, Çinə qarşı yönələn tədbirlərlə bağlı olduğu qeyd olunub: “Macarıstan nümayəndələri Çin şirkətlərinə görə sanksiya ilə razılaşmayıblar”. 

Qeyd edək ki, Aİ yanvar ayında Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin müzakirələrinə başlayıb. Sanksiyalar Rusiya, Çin və digər ölkələrdən olan 200-ə yaxın şəxs və təşkilata şamil ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031