Alimlərdən xəbərdarlıq: İslandiya əhalisi təhlükə altındadır

27-06-2024, 10:17 121 dəfə baxılıb

 

İslandiyanın cənub-qərb bölgəsindəki Reykyanes yarımadasında vulkan püskürmələri illərlə və ya onilliklərlə davam edə, bununla da ada ölkəsinin əhalisinin 70%-ni təhdid edə bilər.

Bu qənaətə ABŞ, İsveç, Çexiya və İslandiyadan olan beynəlxalq alimlər qrupu gəlib.

Məlumata görə, İslandiyada müntəzəm olaraq vulkan püskürmələrinə baxmayaraq, Reykyanes yarımadası təxminən 800 ildir ki, sakit vəziyyətdədir. Lakin onun əvvəlki vulkanik dövrü əsrlər boyu davam edib ki, bu da elm adamlarını tarixin təkrarlanacağına dair qorxuya salıb.

Komanda üç illik müşahidələri, o cümlədən seysmik məlumatlar və lava nümunələrinin təhlilini analiz edib. Alimlər belə nəticəyə gəliblər ki, 2021-ci ildə Reykyanes bölgəsi yeni vulkanik dövrə qədəm qoyub.

Mənbə: Terra Nova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031