İranda prezident seçkiləri ilə əlaqədar “sükut günü”dür

27-06-2024, 11:02 109 dəfə baxılıb

 

İranda prezident seçkiləri ilə əlaqədar “sükut günü”dür.

"Azerinews.az"  xəbər verir ki, prezidentliyə namizədlərin təbliğat-təşviqat aparmasına ayrılan vaxt bu gün başa çatıb, yerli vaxtla saat 08.00-dan “sükut günü” başlayıb.

Sabah keçiriləcək seçkilərdə prezidentlik kürsüsü uğrunda 5 namizəd mübarizə aparacaq.

Prezidentlik uğrunda yarışanlardan parlamentin sədri Məhəmməd Bağır Qalibaf, Tehran meri Əlirza Zəkani, Ali rəhbərin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi mühafizəkarları, sabiq səhiyyə naziri Məsud Peşekşian isə islahatçıları təmsil edir.

Ölkənin vitse-prezidenti Əmir Hüseyn Qazızadə iyunun 26-da mühafizəkar namizədlərin xeyrinə seçkidən çəkildiyini elan edib.

Sonuncu rəy sorğularına görə, islahatçıların namizədi Məsud Peşekşian öndədir, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Cəlili və Qalibaf tutur.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkiləri təyin olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930