Fransada seçkilərin ilkin nəticələri etirazla qarşılandı - Video

1-07-2024, 10:38 117 dəfə baxılıb

 

Fransada “Milli Birlik” partiyası ölkədə keçirilən parlament seçkilərinin birinci turunda səslərin 33,4 faizini toplayaraq qalib gəlib.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı ölkənin “Le Parisien” qəzeti yayıb.

Bildirilir ki, solçu “Yeni Xalq Cəbhəsi” isə 27,98 faiz səslə ikinci pillədə yer alıb. 

Fransa Prezidenti Emmanuel Makronun koalisiyası isə 20,76 faiz səs toplayaraq üçüncü olub. 

Bununla yanaşı, Fransada seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra Parisdə Respublika meydanında aksiya iştirakçıları kafe və restoranların vitrinlərinə hücum edib. Polis “black bloc” hərəkatının üzvlərindən ibarət aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Aksiyada ümumilikdə 8000-ə yaxın şəxs iştirak edib. 

Qeyd edək ki, Fransada yekun nəticələr iyulun 7-də keçiriləcək ikinci turdan sonra məlum olacaq.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031