Avropa Parlamentində anti-Rusiya sanksiyalarına qarşı yeni fraksiya yaradılır

3-07-2024, 12:23 119 dəfə baxılıb

 

Avropa Parlamentində (AP) anti-Rusiya sanksiyalarına qarşı çıxacaq yeni bir siyasi qüvvə yaradılır.

Bu barədə son seçkidə quruma daxil olan Macarıstanın sağçı Vətənimiz Partiyasının sədri Laslo Torotskai məlumat verib.

Onun sözlərinə görə, Bolqarıstanın "Dirçəliş" fraksiyası, Almaniyanın Almaniya üçün Alternativ Partiyası (AfD), Macarıstanın Vətənimiz Partiyası və digər Avropa müttəfiqləri razılaşma bağlamaq istəyirlər.

Torotskainin sözlərinə görə, hazırda intensiv danışıqlar aparılır və layihənin hansı sonluqla bitəcəyi tezliklə məlum olacaq.

Macar siyasətçi qeyd edib ki, onun partiyası yeni siyasi düşərgənin yaradılmasının təşəbbüskarlarından biri olub.

"AP-nin indiki rəhbərliyinin siyasəti - o cümlədən anti-Rusiya sanksiyalarına siyasəti Avropa üçün fəlakətli nəticələrə malikdir, biz, əlbəttə ki, bu siyasətə qarşı çıxacağıq", - deyə Torotskai bildirib.

Xatırladaq ki, Macarıstan altı ay müddətinə Avropa İttifaqı Şurasına sədrliyi öz üzərinə götürüb.

Mənbə: News.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930