Putinin Türkiyəyə nə zaman səfər edəcəyinə aydınlıq gətirilib

3-07-2024, 12:24 143 dəfə baxılıb

 

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri qrafik razılaşdırılan kimi baş tutacaq.

"Azerinews.az" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Türkiyə arasında hələ də həll olunmamış problemlər var, lakin onların həlli üçün siyasi iradə də var.

Peskov Astanada Rusiya və Türkiyə liderləri arasında keçiriləcək görüşdə müzakirə olunacaq məsələlərdən da danışıb.

"Putin və Ərdoğan yəqin ki, Ukraynadakı vəziyyəti müzakirə edəcəklər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Putin və Ərdoğan görüşündə Suriyadakı vəziyyətin müzakirə olunacağını, Moskvanın Suriyadakı vəziyyəti nizamlamaq üçün çox səy göstərdiyini əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031