Onu dağıntılar altından çıxaranla ailə qurdu - Fotolar

4-07-2024, 23:30 46 dəfə baxılıb

 

Türkiyədə Sinem Kaynak adlı gənc qadın ötən ilin fevralında baş verən güclü zəlzələ zamanı onu dağıntılar altından xilas edən yanğınsöndürənlə ailə həyatı qurub.

“Azerinews.az” “NTV” portalına istinadən xəbər verir ki, Sinem Kaynakla Cebrail Sarsılmazın toyu Ankarada baş tutub.

“Fərqli və izahedilməz bir duyğudur. Faciəvi bir hadisədən sonra belə xoşbəxt sona qovuşduq”, - deyə C.Sarsılmaz hisslərini ifadə edib. 

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da cütlüyü təbrik edib. 

Xatırladaq ki, 2023-cü il fevralın 6-da baş verən 7,7 və 7,6 ballıq güclü zəlzələlər nəticəsində Türkiyədə 53 mindən çox insan həlak olub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031