Fərid Əmirov Azərbaycanda yüksək ixtisaslı və təcrübəli həkim-radioloqlardan biridir

12-03-2024, 13:35 342 dəfə baxılıb

    Həkimlik olduqca çətin, həssas və eyni zamanda maraqlı peşədir. Bu peşənin sahibləri birbaşa insan sağlamlığının garantı rolunda çıxış edirlər. İnsan taleyinin asılı olduğu bu sahədə olanların vicdanlı olması birmənalıdır və müzakirə predmeti ola bilməz. Vicdan anlayışı əhatəli olduğundan bu peşə adamlarına bu konteksdə daha çox lazım olan keyfiyyətləri sadalamaqda fayda var: İnsanlıq, bacarıq, savad, ümumilikdə peşəkarlıq...

Təbii ki, savadı, bacarığı  olmayanın quru vicdanı heç nəyə yaramaz.

          Əmirov Fərid Şahin oğlu məhz sadaladığım keyfiyyətləri özündə cəm etmiş, peşəsini sevən, həkim adını fəxrlə və layiqli daşıyan əsl həkimdir.

Doktor Əmirov düşünür ki,  insan həyatı bu dünyada hər şeydən daha vacibdir. Ona görə də həkimlərin öz peşələrinin məsuliyyətini daşımaqdan başqa alternativ fikri olmamalıdır. Digər peşələrdən fərqli olaraq həkimin səhvi bir insan ömrünün sonu deməkdir.

          “Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardır”.

Elə Fərid həkim də özünü tibb elminə həsr etmiş və xəstələrinin də onun əllərindən şəfa tapması ilə xoşbəxt olmaqlarından xoşbəxt olan həkimlərdəndir.

Xəstənin həyatına və şəxsiyyətinə ehtiram göstərmək Fərid  doktorun  peşə etikasının ana xəttidir. İnsan həyatı, onun sağlamlığı problemi həkimin həyatının əsas etik normasına çevrilib. Onun həyatında, təfəkküründə ümumi bir xətt var:  ən qiymətli dəyər insan həyatıdır.

Sadəcə tibbi baxımdan Əmirov Fərid Şahin oğlunun vəzifə borcunu yerinə yetirməsində Hippokrat andı kimi etik dəyərdən yox bütövlükdə öz işinə vicdanla yanaşmasını, məsuliyyətini, öhdəliklərini daha mükəmməl bir şəkildə icra etdiyini vurğulamaq istədim. Sadəcə Fərid  həkimin görünməyən,  daha doğrusu, ictimaiyyətə məlum olmayan ağır və şərəfli əmək fəaliyyətini dilə gətirmək istəyirəm. Yuxarıda vicdan məsələsini elə belə qeyd etmədim. Həkim Əmirovun vicdanlı olmağının bəhrəsi ruhi sakitliyidir. Ruhən özünü arxayın və əmin hiss edən adam vicdanı qarşısında pakdır.

          Həkimin dürüstlüyü, mədəniyyəti və intellektual təfəkkürü olmalıdır ki, ona etibar edib inansınlar. Elə Fərid həkim də yüksək intellektual biliyə malik, vicdanı qarşısında məsuliyyətli və peşəkarlığı ilə digərlərinə örnək olan həkimlərdəndir.

          Əmirov Fərid Şahin oğlu Gəncə Şəhər Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında həkim-radioloq vəzifəsində çalışır. Azərbaycanda yüksək ixtisaslı və təcrübəli həkim-radioloqlardan biridir.

Bugünkü gündə KT bir çox xəstəliklərin diaqnostikası üçün aparıcı üsuldur, eyni zamanda sümük zədələri və travmalar zamanı ən effektli müayinə üsuludur.

          Fərid doktor fəaliyyətinin bütün mərhələlərində yüksək bilik və bacarıqlarını xalqının sağlamlığına həsr edib və bu yolda fədakar xidmətlər göstərməyə davam edir.

          Fərid həkimin mədəniyyəti, insanpərvərliyi, səmimiliyi, təvazökarlığı Vətənə məhəbbəti və xeyirxahlığı şəxsiyyətini tərənnüm edən ən gözəl insani keyfiyyətlərdir. Fərid bəyin daxili aləmi vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti hər xəstə qəbulunda özünü büruzə verir.

Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını öz ağrıları hesab edir, xəstə ilə incə və mehriban davranır.

          Fərid bəy üçün hər dəfə xəstəni qəbul etmək, xəstəliyə düçar olmuş insanla söhbət etmək, həm passient qarşısında həm də cəmiyyət qarşısında başlıcası isə öz vicdanı qarşısında mənəvi məsuliyyəti deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930