Vicdanlı insan və əsl peşəkar həkim xüsusiyyətlərini özündə birləşdirən şəxs ATU-nin müəllimi t.ü.f.d, cərrahi xəstəliklər kafedrasının assistenti Rzayev Ziyalı

10-11-2023, 10:59 78 dəfə baxılıb

 Həkimin insaflılığı, etibarlılığı, xəstəyə fərdi yanaşması, onun psixoloji xüsusiyyətlərini nəzərə alması xəstələrin müalicə  və diaqnostikasında kliniki və deontoloji əsaslandırması konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır. Həmçinin həkimin sənətinə vicdanla yanaşması da çox mühüm məsələlərdəndir. Ona görə ki, yaxşı həkim olmaq üçün ilk növbədə yaxşı insan olmaq lazımdır. Həm yaxşı, həm də vicdanlı və əsl peşəkar həkim xüsusiyyətlərini özündə birləşdirən şəxslərdən biri də ATU-nin müəllimi t.ü.f.d, cərrahi xəstəliklər kafedrasının assistenti Rzayev Ziyalı İsa oğludur. Ziyalı Rzayev çox vicdanlı və peşəsini sevən bir həkimdir. Ziyalı Rzayev, əsl böyük ürəyə sahib olan bir həkimdir ona görə ki, o, xəstəxanda fəaliyyət göstərdiyi müddətdən etibarən hazırki vaxta kimi bütün xəstələrə tam səmimi rəftar edir və qayğı göstərir. Ziyalı Rzayev öz işinin əsl peşəkarıdır, çünki o vəzifə öhdəliyini tam layiqincə yerinə yetirir. Məlumdur ki, həkim olmaq hər kəsin bacara biləcəyi bir iş deyil. Ona görə ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Çünki hər kəs bu sahənin ağırlığını, çətinliyini bir sözlə bütün məsuliyyətini öz üzərinə götürməyi bacarmır. Xüsusilə də cərrah olmaq bu heç də asan iş deyil. Lakin Ziyalı həkim özü tibb elmlərinin içərisində ən ağır olanını cərrah olmağı seçib və o, öz həkimlik peşəsini şərəf və ləyaqətlə yerinə yetirir.

Onu da xüsusi qeyd edək ki, Ziyalı həkim hər zaman Vətən müharibəsi iştirakçılarına, qazilərə xüsusi diqqət və qayğı göstərmiş və öz səlahiyyətləri daxilində onların müalicə olunub sağalmaları üçün tam təmənnasız xidmət etmişdir. Ziyalı Rzayevə Respublikamızın Səhiyyə sistemində peşəkar və nümunəvi xidmətlərinə görə Azerinews.az saytı adından Təşəkkür edirik! 

Məşhur həkim, cərrah-alim N.Piraqov demişdir: "Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardır". 

Elə Ziyalı həkim də özünü tibb elminə həsr etmiş və xəstələrinin də onun əllərindən şəfa tapması ilə xoşbəxt olmaqlarından xoşbəxt olan həkimlərdəndir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930