Peskov Putinin Türkiyəyə səfərinin vaxtı ilə bağlı açıqlama verdi
"Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi müəyyənləşdirilməyib".
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan hələ Rusiya prezidentinin Türkiyəyə səfərinin tarixini müəyyənləşdirməyiblər, bu, diplomatik kanallar vasitəsilə razılaşdırılacaq", - deyə o bildirib.
Xatırladaq ki, iyulun 3-də Putin və Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti ərəfəsində Astanada ikitərəfli danışıqlar aparıblar. Görüşdə Putin Ərdoğana Türkiyəyə mütləq səfər edəcəyinə söz verib: onun səfəri çoxdan planlaşdırılıb, lakin qrafikləri razılaşdırmaq mümkün olmayıb. Türkiyə lideri həmkarını ən qısa zamanda qonaq kimi gözlədiyini qeyd edib.
Putin son dəfə Türkiyəyə 2020-ci ilin yanvarında səfər edib. Bununla belə, iki ölkənin prezidentləri, o cümlədən telefon vasitəsilə müntəzəm əlaqə saxlayırlar.
Mənbə: TASS