Britaniyada parlament seçkiləri keçirilir
Bu gün Böyük Britaniyada parlamentin aşağı palatasına – İcmalar Palatasına seçkilər keçirilir.
“Azerinews.az” xarici mediaya istinadən xəbər verir ki, sorğulara əsasən, ölkənin Baş naziri Rişi Sunak və onun Mühafizəkarlar Partiyasını məğlubiyyət gözləyir.
Bildirilir ki, seçkinin yekununda mühafizəkarların 14 illik hakimiyyətinə son qoyula bilər.
Proqnozlara görə, Sunakın əvəzinə yeni Baş nazir 61 yaşlı Kir Starmer ola bilər. “YouGov” sosioloji institutunun araşdırmasına görə, leyboristlər 1832-ci ildən bu yana ən yaxşı nəticəyə nail ola və 650 yerdən 431-ini qazana bilərlər.