Zurabişvili ölkə rəhbərliyini düşmənçilik siyasətində ittiham edir

9-07-2024, 15:30 99 dəfə baxılıb

 

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə rəhbərliyini öz tərəfdaşlarına qarşı düşmənçilik siyasətində ittiham edib.

“Azerinews.az” xəbər verir ki, Zurabişvili bu barədə öz feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, Gürcüstanın ABŞ ilə keçirməli olduğu “Etibarlı tərəfdaş-2024” təliminin təxirə salınması, daha sonra isə Avropa İttifaqının ölkənin Müdafiə Nazirliyinə ayıracağı 30 milyon avronun dondurulması hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının öz tərəfdaşlarına qarşı düşünülməmiş və düşmənçilik siyasətinin nəticəsidir.

Qeyd edək ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinskiy ittifaqın ölkənin Müdafiə Nazirliyinə ayırmağı planlaşdırdığı 30 milyon avronu dondurmaq barədə qərar qəbul etdiyini açıqlayıb. Bununla yanaşı, onun sözlərinə görə, Gürcüstanın Aİ-yə qoşulma prosesi də dayandırılıb. ABŞ Müdafiə Nazirliyi isə iyulun 5-i öz açıqlamasında bu ilin yayına Gürcüstanda planlaşdırılan birgə təlimlərin qeyri-müəyyən tarixə təxirə salındığını bəyan edib. Bildirilib ki, təlimlərin təxirə salınması ölkə ilə strateji münasibətlərin yenidən nəzərdən keçirilməsi ilə bağlıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930