Peskov Başqırdıstanda iğtişaşların kütləvi olmadığını bildirib

19-01-2024, 16:55 6 dəfə baxılıb

 

“Başqırdıstanda razılaşdırılmamış aksiyaları kütləvi adlandırmaq olmaz”.

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı söyləyib.

O bildirib ki, yerli hakimiyyət orqanları və hüquq-mühafizə orqanları bu məsələ ilə məşğul olur.

“Mən “kütləvi iğtişaşlar və kütləvi etirazlar” ifadəsi ilə razılaşmazdım. Kütləvi iğtişaşlar və kütləvi etirazlar yoxdur. Orada fərdi təzahürlər var. Onlar yerli hakimiyyət orqanlarının və hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir”, - deyə Kremlin nümayəndəsi qeyd edib.

“Bu işdə mən hüquqi termindən deyil, iştirak edənlərin sayını müəyyən edən termindən istifadə etdim. Çünki sual məhz belə tərtib edilib. Qeyri-hüquqi dillə desək, mən bunların kütləvi aksiya olması ilə razılaşmıram”, - deyə  Kremlin rəsmisi əlavə edib.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930