Moldovanın XİN rəhbəri istefa verdi

24-01-2024, 11:34 6 dəfə baxılıb

 

Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Nikolay Popesku istefa verdiyini açıqlayıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

“Ölkə Prezidenti Maya Sandu tərəfindən xarici siyasət sahəsində qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdikdən sonra Baş nazirin müavini və xarici işlər naziri vəzifəsindən istefa verdiyimi və bu mərhələdə fasiləyə ehtiyacım olduğunu bəyan edirəm”, - deyə Popesku mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, vəzifəsindən getdikdən sonra da Avropaya inteqrasiya prosesində hökumətə və öz komandasına dəstək verməyə davam edəcək. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031