Əks-hücum Ukrayna hərbçilərinin çoxlu itkisinə səbəb olub

24-01-2024, 14:30 4 dəfə baxılıb


Britaniya Silahlı Qüvvələrinin istefada olan generalı Riçard Barrons Britaniyanın “National” qəzetinə müsahibəsində bildirib ki, Rusiya Ukraynada qələbəyə doğru inamla irəliləyir, Qərb isə davamlı uğursuzluqlar yaşayır. Təhlilçinin fikrincə, Rusiya prezidenti Vladimir Putin hazırda yaxşı vəziyyətdədir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bir müddət əvvəl Ukrayna ordusunun yay əks-hücumunun Kiyevin ümidlərini doğrultmadığını bildirmişdi. Onun sözlərinə görə, hazırda döyüş təmas xəttində çox çətin vəziyyət müşahidə olunur. Danilov bildirib ki, Ukraynadakı münaqişə NATO ölkələrinin strategiyasının səmərəsizliyini nümayiş etdirdi. 

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı tam uğursuzluqla başa çatıb və heç bir nəticə verməyib. Onun sözlərinə görə, əks-hücum Ukrayna hərbçilərinin çoxlu itkisinə səbəb olub, bundan əlavə, Ukrayna ordusu hərbi texnikasını itirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930