İran səfiri Rusiya ilə imzalanacaq strateji sənəddən danışdı

13-01-2025, 13:35 2 dəfə baxılıb

İran səfiri Rusiya ilə imzalanacaq strateji sənəddən danışdı
İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq haqqında saziş 47 maddədən ibarətdir.
Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali prezident Məsud Pezeşkianın  bu həftə Rusiyaya gözlənilən səfəri zamanı imzalanacaq sənədi şərh edərkən bildirib.
Oəyan edib ki,  strateji əməkdaşlıq haqqında saziş ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir.
“Bu müqavilə giriş hissəsi və 47 maddədən ibarətdir. Əgər bu imzalansa və həyata keçirilərsə, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın səviyyəsi xeyli yüksələcək”, - deyə Cəlali qeyd edib.
Bundan əvvəl Rusiya və İran hərtərəfli strateji tərəfdaşlıq sazişi barədə razılığa gəliblər.
Keçən ilin dekabrında İranın Moskvadakı səfiri Kazım Cəlali bildirmişdi ki, İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Rusiya paytaxtına səfər edəcək və səfər zamanı iki ölkə arasında münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında mövcud sənədi əvəz edəcək saziş imzalayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930