Gecəyarısından etibarən Çində dörd zəlzələ baş verib

26-01-2024, 12:59 3 dəfə baxılıb

 

Bu gün gecəyarısından etibarən Çində dörd zəlzələ baş verib, onların hamısı Qırğızıstanda hiss olunub.

Bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu xəbər verib.

Məlumata görə, Çində təxminən altı bal gücündə olan zəlzələ Qırğızıstanın Bedel kəndlərində - 4,5 bal, Ak-Şıyrak və Kumtorda təxminən dörd bal gücündə hiss olunub. Çində 4,5 bal,  4,2 bal və 4,0 bal gücündə üç zəlzələ baş verib ki, bu da Qırğızıstan kəndlərində müvafiq olaraq üç və 2,5 bal gücündə hiss olunub.

Xatırladaq ki, Qırğızıstanda yanvarın 23-də on (birincisi Bişkekdə hiss olunub), yanvarın 24-də beş, yanvarın 25-də isə səkkiz zəlzələ qeydə alınıb. Əksər hallarda episentr Çində olub.

Mənbə: Sputnik Qırğızıstan






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031