“Brent” markalı neftin bir bareli 65,1 dollara satılır

6-06-2025, 10:34 4 dəfə baxılıb

“Brent” markalı neftin bir bareli 65,1 dollara satılır

Neftin qiyməti ABŞ və Çin liderlərinin söhbəti xəbərinin ardınca dünən yüksəldikdən sonra bu gün səhər saatlarında mülayim şəkildə enməyə başlayıb.

Londonun “ICE Futures” birjasında Bakı vaxtı ilə saat 09:08-ə olan məlumata görə, “Brent” markalı neftin avqust fyuçerslərinin dəyəri 0,2 ABŞ dolları (0,31 %) azalaraq bir barelə görə 65,14 ABŞ dolları təşkil edib. Bir gün əvvəl bu kontraktların qiyməti 0,48 ABŞ dolları (0,7 %) artaraq 65,34 dollar/barel olmuşdu.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin fyuçersləri də 0,2 ABŞ dolları (0,32 %) ucuzlaşaraq bir barel üçün 63,17 ABŞ dolları təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,52 ABŞ dolları (0,8 %) artaraq bir barel üçün 63,37 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, dünən Çin lideri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tramp söhbətin əsasən ticarət məsələlərindən getdiyini və danışıqların müsbət olduğunu söyləyib.

“Böyük ticarət müharibəsinin astanasındayıq və geri addım atsaq, bu, həm ABŞ, həm də Çində neftə tələbat proqnozlarını artıracaq”, - “Price Futures Group”un baş analitiki Fil Flinn deyib.

Neft bazarı həmçinin Albertadakı meşə yanğınları səbəbindən Kanadada hasilatın azaldılması ilə dəstəklənir, eyni zamanda "OPEC+"də tədarükün artması gözləntiləri kotirovkaların artımını məhdudlaşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930