İsveç XİN başçısı: Aİ İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq etməlidir

12-06-2025, 10:30 8 dəfə baxılıb

İsveç XİN başçısı: Aİ İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq etməlidir

Avropa İttifaqı (Aİ) qərbli müttəfiqlərindən nümunə götürərək İsrailin Baş naziri Binyamin Netanyahunun kabinetinin ifrat sağçı üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir.

Bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard “Politico” nəşrinə müsahibəsində bildirib.

"Biz ayrı-ayrı ekstremist əhval-ruhiyyəli nazirlərə qarşı sanksiyaların tətbiqinə nail olmaq üçün növbəti addımı atırıq", - o qeyd edib.

Daha əvvəl Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Norveç İsrailin maliyyə və milli təhlükəsizlik nazirləri Betsalel Smotriç və İtamar Ben-Qvirə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etdiklərini açıqlayıblar. Fələstinlilərə qarşı zorakılığa təhrik etdiklərinə görə tətbiq edilən məhdudiyyətlər ilk növbədə həmin ölkələrə giriş qadağasını, həmçinin aktivlərinin dondurulmasını nəzərdə tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031